Accessibility links

Yüz minlərlə insanın bayram namazı üçün toplaşdığı məscidin yanında islamçılar olduğu güman edilən şəxslərin törətdiyi hücumdan sonra, Banqladeşin informasiya naziri deyib ki, hökümət ölkədaxili militant qruplar və beynəlxalq terror təşkilatları arasında əlaqənin olduğunu istisna etmir.

Hökümət son il ərzində artan zorakılıqlara görə İslam Dövləti qrupu və Əl-Qaidənin məsuliyyəti öz üzərinə götürməsini rədd edir.

Üzərlərində xam bombalar və palalar (maçete) olan beş şübhəli islamçı böyük bir icmanın toplaşdığı məscidin yanındakı mühafizə postuna hücum edib.

Paytaxt Dəkkədən 140 kilometr uzaqlıqda yerləşən Kişorequnc əyalətində baş vermiş hücum nəticəsində iki polis zabiti və bir qadın ölüb, doqquz nəfər isə yaralanıb. Yaralılar yaxınlıqdakı xətəxanaya çatdırılıb.

Militantlardan birinin öldürüldüyü, üçünün isə həbs olunduğu deyilir.

Bu hücumdan bir neçə gün öncə Banqladeşdə ən qanlı terror hücumu baş verib. Hücum zamanı Dəkkədə silahlı şəxslər restoranda girov götürdükləri 20 nəfəri öldürüblər. Həmin hücumun əsas hədəfi xaricilər olsa da, bu dəfəki hücum zamanı silahlı şəxslər İslamın ən müqəddəs günlərinin birində müsəlmanları hədəf alıb.

Banqladeşin informasiya naziri Həsənul Haq İnu Amerikanın Səsinə bildirib ki, hücuma görə kimin məsuliyyət daşıdığını demək hələ tezdir.

XS
SM
MD
LG