Accessibility links

İŞİD terror qruplaşması dünən Banqladeşdə Hindu Monastrının işçisinin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə məlumatı ABŞ-ın terror qruplaşmasının onlayn fəaliyyətlərini izləyən qrupu yayıb.

Yerli polis bildirib ki, 62 yaşlı Niryarancan Pandenin ölümü ölkədə dini azlıqlara qarşı başlamış zorakılıq kampaniyasının davamıdır. Pande naməlum şəxslərin hücumuna məruz qalarkən Pabna rayonu ərazisində yola gedirmiş. Həmin şəxslər Pandeyə hücum edərək onu qətlə yetiriblər.

Yerli polis məntəqəsinin sədri Abdulla Əl-Həsən AFP xəbər agentliyinə bildirib ki, Pande 40 ildən çox idi ki, monastrda çalışırdı.

İŞİD hücuma görə məsuliyyəti üzərinə götürməsinə dair məlumatı özünün Amaq xəbər xidməti vasitəsilə yayıb.

Son 3 ildə oxşar hücumlar zamanı 40-dan çox adam həlak olub. Bu zorakılıqların sayı əsasən son bir neçə ayda kütləvi hal alıb.

XS
SM
MD
LG