Accessibility links

Banqladeş rəsmiləri ötən həftənin şənbə günü ən az 110 nəfərin ölümünə səbəb olan yanğınla bağlı 3 fabrik rəsmisini həbs edib.

Paytaxt Dəkkə şəhərinin polis rəisi deyib ki, rəsmilər bu gün menecerlərin həyacan təbilinə məhəl qoymayaraq fəhlələri işlərinə geri dönməyə məcbur etməsi iddiası ilə saxlanılıb.

Bundan başqa təhlükəsizlik kameralarına şübhəli fəaliyyətləri ilə düşən 3 işçi də şübhəli şəxs qismində saxlanıb.

Monitorin sol yuxarı hissəsində çəhrayı şərfdə olan qadın bir anlıq masanın altına girir və daha sonra çıxıb gedir.

Dəqiqələr sonra masanın altından tüstü yuxarı qalxır.

Ötən həftənin şənbə günü Tazrin Moda fabrikində yüzlərlə işçi yanğın zamanı içəridə qalaraq canlarını qurtara bilməyib. Yanğın rəsmiləri deyir ki, fövqəladə vəziyyət üçün nəzərdə tutulan çıxışların çatışmazlığı ölənlərin sayının yüksək olması ilə nəticələnib.

Artıq üçüncü gündür etiraz əlaməti olaraq fabrik işçiləri küçələri bağlayıb və binaları daşa tutublar.
XS
SM
MD
LG