Accessibility links

Banqladeşdə minlərlə tekstil işçisi fabrikin yanması nəticəsindı 110 nəfərin ölümünə etiraz əlaməti olaraq küçələrə çıxıb.

Nümayişçilər Banqladeş paytaxtı Dəkkə yaxınlığında avtomagistralı bağlayıb və bəziləri fabrikə daş atıblar.

Ötən həftənin şənbə günü Tazrin Moda fabrikində yüzlərlə işçi yanğın zamanı içəridə qalaraq canlarını qurtara bilməyib. Yanğın rəsmiləri deyir ki, fövqəladə vəziyyət üçün nəzərdə tutulan çıxışların çatışmazlığı ölənlərin sayının yüksək olması ilə nəticələnib. İşçilərin çoxu canlarını qurtarmaq üçün çoxmərtəbəli binanın yuxarı mərtəbələrindən özlərini aşağı atıb. Yanğının səbəbi hələ müəyyən edilməyib.

Hökumət sabah milli matəm günü elan edib.

Banqladeşdə beynəlxalq brendlər üçün paltarlar istehsal edən 4000-ə yaxın tekstil fabriki var. Ölkə ixracatının 80 faizini təşkil edən tekstil satışından ildə 20 milyard dollar gəlir götürür.
XS
SM
MD
LG