Accessibility links

Banqladeşdə dəhşətli yanğın: 22 ölü


Bangladesh Factory Fire
Bangladesh Factory Fire

Banqladeşdə fabrikdə baş vermiş yanğın 22 nəfərin ölümünə səbəb olub. Rəsmilər bildirir ki, paytaxt Dakka yaxınlığındakı yanğın zamanı onlarla insan isə orta-ağır dərəcəli yanıq yaraları alıblar.

Rəsmilərin verdiyi məlumata görə, yanğın dördmərtəbəli binanın qaynama otağından partlayışdan sonra baş qaldırıb.

Polis müfəttişi Sirajul İslam AFP agentliyinə bildirib ki, aşağı mərtəbədə kimyəvi maddələrin saxlandığı ehtimal edilir.

"Yaralıların demək olar hamısı yanıq yaraları alıb. Biz ağır vəziyyətdə olanları Dakkadakı hospitallara göndərmişik" - deyə Tonqi dövlət xəstəxanasındakı həkim Pərviz Mia bildirib.

Polis yanğının baş verdiyi Tampako Foils Limited fabrikinin içərisində hələ də ilişib qalmış insanların ola bilməsi ehtimalından narahatdır. Yanğın zamanı binada 100-ə yaxın işçinin olduğu bildirilir.

Bu istehsalat fabriki kartof çipsləri və ev əşyaları üçün plastik qablaşdırmaların istehsalı və çapı ilə məşğuldur.

Polis müfəttişi Sirajul İslam AFP agentliyinə bildirib ki, aşağı mərtəbədə kimyəvi materialların saxlandığı ehtimal edilir. "Bunun nəticəsi olaraq yanğın bir göz qırpımında ətrafa yayılıb" - deyə İslam əlavə edib. Rəsmilər iş gününün əvvəli başlamış yanğını hələ də söndürməyə çalışır.

XS
SM
MD
LG