Accessibility links

Məhəmməd Kamaruzzaman işgəncə və soyqırıma görə ittiham edilir

Banqladeş müharibə cinayətləri tribunalı İslamçı partiya liderini 1971-ci ildə ölkənin Pakistandandan azad olunmasi uğrunda müharibə ilə bağlı ittihamlara görə günahkar bilib və edam olunması haqda hökm çıxarıb.

Tribunal Məhəmməd Kamaruzzamanı silahsız xalqa qarşı işgəncə və soyqirim törətməkdə ittiham edir.

O, tribunalın 2010-cu ildə təsis edilməsindən bəri müharibə cinayətlərinə görə ittiham edilən İslam Camaatı partiyasının dördüncü üzvüdür.

61 yaşlı Kamaruzzamanın vəkili apellasiya məhkəməsinə müraciət edəcəyini deyib.
XS
SM
MD
LG