Accessibility links

Banqladeş rəsmiləri bir neçə geyim fabrikinin yerləşdiyi binanın dağıntıları altından əlavə cəsədlər çıxarıldığını bildirib.

Polis deyib ki, bu gün dağıntılar altından daha 10 cəsədin çıxarılması ilə hadisədə ölənlərin sayı 420-ə çatıb.

Hadisə qurbanlarının kütləvi dəfn mərasimi dünən keçirilib.

Səkkizmərtəbəli bina səkkiz gün bundan əvvəl uçub. Binanın sahibi laqeydlik və qanunsuz inşa da daxil edilməklə, bir sıra ittihamlarla həbs edilib.
XS
SM
MD
LG