Accessibility links

Banqladeşli siyasətçi müharibə cinayətlərində günahkar tanınıb


Banqladeşdə müharibə cinayətlərinə dair xüsusi məhkəmə yüksək rütbəli islamçı müxalifət rəsmisini 1971-ci ildə Pakistandan müstəqillik uğrunda gedən müharibədə iştirakına görə ömürlük həbsə məhkum edib.

Dakada qərargahlanmış Beynəlxalq Müharibə Cinayətlərinə dair Tribunal Camaat-e-İslami partiyasının üzvü Ədbül Qadir Mollanın kütləvi qətliam, bəşəriyyətə qarşı cinayətlər və digər ittihamlar əsasında günahkar tanıyıb.

O, doqquz ay davam edən və üç milyon insanın ölümünə səbəb olmuş müharibədə cinayət törətmiş insanların məhkəmə proseslərini aparan mübahisəli tribunal tərəfindən cinayətdə təqsirli tanınan ilk siyasətçidir.

Rəsmilər islamçı liderin müharibə zamanı Pakistan ordusu ilə əlbir olaraq qəddarlıqlar törətdiyini deyib.

Jamaat-e-İslami partiyasının tərəfdarlarının hökm çıxarıldıqdan sonra polislə toqquşduğuna dair məlumatlar verilib.

Qrup artıq ölkə boyu ümummilli tətillərin keçirilməsi barədə bəyanat verib. Nümayişlər paytaxtın əksər hissəsini iflic vəziyyətə sala bilər.
XS
SM
MD
LG