Accessibility links

Banqladeş məhkəməsi islamçı liderin apellyasiya şikayətini rədd edib


Banqladeş ali məhkəməsinin islamçı liderin 1971-ci ildə ölkənin müstəqillik uğrunda Pakistanla apardığı müharibə zamanı törədilmiş cinayətlərlə bağlı ittihamlarla əlaqədar apellyasiya müraciətini rədd etməsi onun edamına yol açıb.

Mir Quasim Əli əleyhinə çıxarılan qərardan sonra 2014-cü ildə verilmiş ölüm hökmü ilə əlaqədar onun əfvi üçün yeganə yol prezidentə müraciət etməkdir.

63 yaşlı Əli Camaat-i-İslami pratiyasının lideridir. O, gənc bir kişisinin qaçırılıb öldürülməsi də daxil olmaqla səkkiz ittiham əsasənda məhkum edilib.

Banqladeşin verdiyi məlumata görə, Camaat-i-İslaminin əleyhinə olduğu müstəqillik uğrunda müharibədə düşmənlə əlbir olan yerli sakinlər və pakistanlı əsgərlər 3 milyon insanı qətlə yetirib.

Bir sıra digər islamçı lider artıq müharibə cinayətlərinə görə edam edilib. Camaat-i-İslami və müxalif Banqladeş Millətçi Partiyası hökumətin müharibə cinayətləri tribunalını siyasi motivli olmaqda günahlandırır.

ABŞ dövlət katibi Con Kerri bazar ertəsi Dəkkədə çıxışında Banqladeşdə insan haqlarının durumunu tənqid edib və deyib ki, “ekstremizmə qarşı mübarizədə biz demokratik dəyərləri qroyub saxlmalıyıq.”

XS
SM
MD
LG