Accessibility links

Bağdaddakı silsilə hücumların məsuliyyətini Əl-Qaidə ilə əlaqəsi olan qrup öz üzərinə götürüb.

  • Nərminə Cəlalqızı

Bağdaddakı silsilə hücumların məsuliyyətini Əl-Qaidə ilə əlaqəsi olan qrup öz üzərinə götürüb.

Bağdaddakı silsilə hücumların məsuliyyətini Əl-Qaidə ilə əlaqəsi olan qrup öz üzərinə götürüb.

Qrup İraq hökuməti ilə əməkdaşlıq edən bütün səfirlik və beynəlxalq təşkilatların hədəf alındığını deyir

Əl-Qaidə ilə əlaqəsi olan İraqdakı bir qrup bazar günü Bağdadda xarici səfirliklərin yaxınlığında azı 41 adamın ölümü ilə nəticələnən silsilə bomba hücumlarının məsuliyyətini öz üzərinə götürüb. İnternetdə, İraq İslam Dövləti adlı səhifədə yerləşdirilən bu açıqlamada bu bomba hücumunun kütləvi qırğın hücumlarında beşincisi olduğu deyilir. Qrup İraq hökuməti ilə əməkdaşlıq edən bütün səfirlik və beynəlxalq təşkilatların hədəf alındığını deyir. İraq İslam Dövləti saytı isə bu gün Bağdadın şiə məhəlləsində azı 35 nəfərin ölümü ilə nəticələnən hücumda əli olduğunu inkar edib.

XS
SM
MD
LG