Accessibility links

Bəşar əl-Əsədin qüvvələri Suriyanın mərkəzi şəhərlərinə hücum ediblər


Bəşar əl-Əsədin qüvvələri Suriyanın mərkəzi şəhərlərinə hücum ediblər

Bəşar əl-Əsədin qüvvələri Suriyanın mərkəzi şəhərlərinə hücum ediblər

Suriyada təhlükəsizlik qüvvələri tankların müşayiəti ilə ölkənin mərkızi hissəsində bir neçə şəhərə hücum ediblər. Anti-hökumət nümayişlərinin ardınca başlayan hücumlar zamanı azı 14 adam həlak olub.

Hüquq fəalları və şahidlər deyirlər ki, tanklar ağır pulemyotlardan istifadə edərək Rastan, Talbiseh, və Teir Maaleh qəsəbələrini atəşə tutublar. Hökumət orqanları su, elektrik, internet və telefon xidmətlərini kəsdikdən sonra bu şəhərlərə gedən yolları bağlayıblar.

Fəallar deyirlər ki, hücumlarda 100-dən çox adam həlak olub və bu ölümlərin əksəriyyəti mərkəzi Homs vilayətində baş verib. Son günlərdə hər üç şəhərdə iri nümayişlər keçirilib.

XS
SM
MD
LG