Accessibility links

Bəşar Əl-Əsəd: Suriyada təhlükəsizliyi bərpa etmək prioritet məsələdir


Bəşar Əl-Əsəd: Suriyada təhlükəsizliyi bərpa etmək prioritet məsələdir

Bəşar Əl-Əsəd: Suriyada təhlükəsizliyi bərpa etmək prioritet məsələdir

Suriya prezidenti Bəşar Əl-Əsəd bildirib ki, təhlükəsizlik qüvvələrinə mülki vətəndaşlara odlu silahdan atəş açmaq barədə göstəriş verilməyib.

Prezident 10 aydır davam edən hökumət əleyhdarı kütləvi etiraz aksiyalarına görə xarici konspirasiyanı ittiham edib.

Paytaxt Dəməşqdə 100 dəqiqəlik çıxışı zamanı cənab Əsəd deyib ki, Suriyada təhlükəsizliyi bərpa etmək prioritet məsələdir və bu məsələ üçün terrorçulara dəmir yumruqla cavab verilməlidir.

O, təhlükəsizlik qüvvələrinin işini yüksək qiymətləndirib.

Suriya hökuməti “silahlı terrorçular”ı cənab Əsədin 11 illik avtokratik hakimiyyətinə qarşı üsyan qaldırmaqda ittiham edir.

Prezident Əsəd bu gün deyib ki, o, yalnız xalqın iradəsi əsasında vəzifəsindən istefa verə bilər. Bəşar Əl-Əsəd mart ayında keçiriləcək referendumda suriyalıların yeni Konstitusiyaya səs verəcəklərini vəd edib.

XS
SM
MD
LG