Accessibility links

Barak Obama Ağ Evdə keçiriləcək sammitə ev sahibliyi edəcək


Barak Obama Ağ Evdə keçiriləcək sammitə ev sahibliyi edəcək
Barak Obama Ağ Evdə keçiriləcək sammitə ev sahibliyi edəcək

ABŞ prezidenti Barak Obama bu gün Ağ Evdə keçiriləcək borcların ixtisarı sammitinə ev sahibliyi edəcək. Ağ Evin bəyanatında deyilir ki, respublikaçılar və demokartlar maliyyə problemlərini həll edə bilməsə, bu, Vaşinqtonda siyasətçilərin biganəliyini sübüt etmiş olacaq.Nümayəndələr Palatasının spikeri Con Beyner dünən bildirmişdi ki, gələn 10 il üçün Ağ Evlə federal defisitin 4 trillion azaldılmasına dair razılıq əldə ediməsindən əl çəkir. O, prezident Obamaya bu məbləğin 2 trilliona endirilməsini istədiyini bildirib. Respublikaçıları vergilərin artırılmasının əleyhinədir. ABŞ prezidenti Barak Obama bu yaxınlarda demişdi ki, respublikaçılar “rahat zonalarını” tərk edib, ölkənin borclarının azlılması üçün siyasi qurbanlar verməlidir.

XS
SM
MD
LG