Accessibility links

Barak Obama:Amerika külək və günəş enerjisinə müraciət etməlidir

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama avtomobil sənayesinə verilən kreditin bir milyon iş yerini xilas etdiyini deyib. Həftəlik radio müzraciəti zamanı ABŞ dövlət başçısı bildirib ki, bu yardım son iki il müddətində 200 min əlavə iş yerinin açılmasına xidmət edib.

Prezident kredit razılığına əsasən avtomobil istehsalçılarının xarici neftdən asılılığı azaltmaq üçün yanacağa qənaət edən maşınlar hazırlayacağını bildirib. Barak Obama deyib ki, Amerika indi külək və günəş enerjisinə müraciət etməlidir.

ABŞ prezidenti Konqresin neft şirkətlərinə ödənilən 4 milyard dollarlıq subsidiyaların dayandırmasını və alternativ enerji mənbələrindən istifadə edilməsini istəyir.

XS
SM
MD
LG