Accessibility links

Barak Obama Balidə Asiya ölkələrinin liderləri ilə görüşlər keçirir


Barak Obama Balidə Asiya ölkələrinin liderləri ilə görüşlər keçirir
Barak Obama Balidə Asiya ölkələrinin liderləri ilə görüşlər keçirir

ABŞ prezidenti Barak Obama bu gün İndonezoyanın Bali adasında Asiya ölkələrinin liderləri ilə görüşlər keçirir. Prezidentin ilk görüşü Hindistanın baş naziri Mamohan Singhlə olub. Barak Obama hər iki ölkənin ASEAN sammitini beynəlxalq suların təhlükəsizliyi, fəlakətlərə cavab verilməsi və humanitar yardım sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı bir fürsət hesab etdiyini deyib.

ABŞ dövlət başçısı İndoneziya prezidenti Yudhoyono ilə görüşü zamanı o ölkənin ordusunun müasirləşdirməsinə yardım göstəriləcəyinə vəd verib. Barak Obama bundan əvvəl ASEAN sammitinin şam ziyafəti zamanı Filippin və Malayziyanın liderləri ilə müzakirələr keçirib.

Amerika və Rusiya ASEAN sammitində ilk dəfə tam üzv kimi iştirak edir. Bali prezident Obamanın 9 günlük səfərinin son dayanacağıdır. Sabah o, vətəninə yola düşür.

XS
SM
MD
LG