Accessibility links

Barak Obama Twitter istifadəçilərinin suallarını cavablandırıb


Barak Obama Twitter istifadəçilərinin suallarını cavablandırıb

Barak Obama Twitter istifadəçilərinin suallarını cavablandırıb

ABŞ prezidenti Barak Obama deyir ki, amerikalıların maliyyə böhranından nə vaxt qurtulacağına hazır olmadıqlarına görə o, məsuliyyət daşıyır.

Prezident dünən Twitter sosial şəbəkəsində istifadəçilərin suallarını qəbul edib. Prezident Obama iqtisadi geriləmənin qarşısını almaq üçün nə cür fərqli addımlar ata biləcəyi haqda sualı cavablandırıb.

“Gərək amerikalılara izah ediləydi ki, böhrandan çıxmaq xeyli vaxt apara bilər. Düşünürəm ki, mən iqtisadi tənəzzülün miqyasını düzgün qiymətləndirməmişdim, çünki əksər iqtisadçılar da bunu dərk etməmişdilər. Yalnız prezidentliyimin ikinci-üçüncü ayında bizə bəlli oldu ki, hələ prezidentliyə başlamazdan öncə Amerikada dörd milyon iş yeri itirilib,” deyə prezident Obama bildirib.

Ötən həftə Twitter istifadəçilərinə suallarını daha çox iqtisadi mövzuya yönəltmək tövsiyə olunmuşdu.

ABŞ da işsizlik səviyyəsinin 9 fazidən yuxarı qalxdığı bir məqamda prezidentin iqtisadi siyasəti kəskin tənqidlərlə üzləşir.

XS
SM
MD
LG