Accessibility links

Barak Obama 2001-ci il 11 sentyabr terror aksiyalarının 10-cu ildünümünü həyatını itirən insanların xatirəsini yad etməklə qeyd edir

ABŞ prezidenti Barak Obama 2001-ci il 11 sentyabr terror aksiyalarının 10-cu ildünümünü hücumlara ilk cavab verənlər, ordu və həyatını itirən insanların xatirəsini yad etməklə qeyd edir. Həfətlik radio müraciəti zamanı ABŞ dövlət başçısı Nyu-Yorkun yerlə yeksan olan Dünya Ticarət Mərkəzinin əkiz binaları,Vaşinqtonda yerləşən Müdafiə Nazirliyi-Pentaqona qarşı 3-cü təyyarənin hücumu və Pennsilvaniyada hədəfinə çatmadan təyyarənin qəzaya uğraması zamanı cəsarət göstərən insanlardan danışıb.

Barak Obama deyib ki, son illər Amerikanın Əl-Qaidəyə qarşı mübarəzəsi qrupun lideri Üsama Bin Ladenin öldürülməsinə yardım etmişdi. Prezident hadisələrdən 10 il sonra ABŞ-ın hökumət agentliklərinin hava və dəniz limanları, sərhədlərin müdafiəsində lazımi tədbirlər həyata keçirdiyini bildirib.

Prezident Obama və birinci xanım Mişel Obama yüz minlərlərlə hərbçinin dəfn edildiyi Arlinqton Milli Qəbiristanlığını ziyarət edəcək.

Hücumlar həyata keçirildiyi illərdə Amerika prezidenti olmuş Corc Buş bu gün və sabah təşkil ediləcək mərasimlərə qatılacaq.

XS
SM
MD
LG