Accessibility links

2012-ci il prezidentliyi dövrü ABŞ prezidenti Barak Obamanın ən az pul qazandığı ildir.

Dünən cənab Obama ödədiyi federal gəlir vergisinin detallarını açıqlayaraq, o və birinci ledi Mişel Obamanın ötən il birlikdə 600 min dollardan çox gəlir əldə etdiyini bildirib. Bu gəlirin təxminən 260 min dolları prezidentin kitabının satışından əldə olunub.

2012-ci ildə Obamalar 112 min 214 dollar vergi ödəyib ki, bu da gəlirlərinin təxminən 18.4 faizi edir. Onlar gəlirlərinin təxminən 1/4-ni xeyriyyə təşkilatlarına ianə edib, bu isə onların daha az vergi ödəməsi ilə nəticələnib.

Xatırladaq ki, aprel ayının 15-i amerikalıların 2012-ci il vergilərini cəriməsiz ödəməsi üçün ən son tarixdir.
XS
SM
MD
LG