Accessibility links

Barak Obama 3 ştata avtobus turnesinini davam etdirir


Barak Obama 3 ştata avtobus turnesinini davam etdirir
Barak Obama 3 ştata avtobus turnesinini davam etdirir

Amerikanın dövlət başçısı Barak Obama 3 ştata avtobus turnesinini davam etdirir.. Bu gün o, Ayova ştatında keçirilən iqtisadi forumda iştirak edib.Turne prezidentin iqtisadi dirçəliş fəaliyyətlərinə dair tənqidlərə cavab mahiyyəti daşıyır.

Barak Obama deyib ki,Konqresin bəzi üzvləri Amerika xalqına yardım edəcək qanun layihəsinin təsdiqindənsə, diqqətini prezident seçkilərinə yönəldib. Çay dəsgahı hərəkatının üzvlərinə işarə edən cənab Obama bildirib ki, Konqresdə kiçik bir qrup iqtsiadi dirçəlişi geriyə salıb. ABŞ dövlət başçısı demokrat və respublikaçıların vətənlərini siyasi partiyalardan üstün tutmalı olduğunu bildirib.

Barak Obama dünya hadisələrinin Amerika iqtisadiyyatına ciddi təsir göstərdiyini deyib. Lakin o, Konqresi ölkədə məsrəflərə dair mübahisələri həll etməməkdə günahlandırıb.

Dünən Minnesota ştatının Kannon Falls şəhər parkında keçirdiyi görüş zamanı dövlət başçısı bildirib ki, demokratlarla respublikaçılar arasında borclarla bağlı mübarizə iqtisadiyyata vurulan ən böyük zərbədir.

Prezident daha sonra İllinoisda olacaq.

XS
SM
MD
LG