Accessibility links

Barak Obama: ABŞ İsraili tam dəstəkləyir


Barak Obama: ABŞ İsraili tam dəstəkləyir
Barak Obama: ABŞ İsraili tam dəstəkləyir

ABŞ prezidenti Barak Obama Amerikada yerləşən tanınmış İsrailpərəst qrup qarşısında çıxış edib. O, nitqində Amerikanın İsraili tam dəstəklədiyini bildirib.

Amerika İsrail İctimai Əlaqələr Komitəsi qarşısında nitq prezident Obamanın İsrailin 1967-ci ildən öncəki sərhədləri çərçivəsində sülh danışıqlarına başlamaq ideyasını irəli sürməsindən sonraya təsadüf edir. Həmin nitqdə cənab Obama öz planının təhrif olunduğunu deyib. O, bildirib ki, İsraillə Fələstin dövlətləri arasında sülhə müştərək ərazi mübadiləsi nəticəsində gəlinməlidir. ABŞ prezidentinin sözlərinə görə yeni sərhədlər Altı-Günlük müharibənin başlanğıcında mövcud olan sərhədlərdən fərqlənəcək.

Prezident qeyd edib ki, iki Fələstin təşkilatları olan Fətah və Həmas arasındakı son razılaşma sülhə böyük maneədir.

XS
SM
MD
LG