Accessibility links

Barak Obama ali təhsil xərclərinin azaldılmasına çağırır


ABŞ prezidenti Barak Obama Konqresi tələbə borcu barədə qanunun vaxtını uzatmağa çağırıb. Müddəti iyulda bitəcək qanun yenilənmədiyi halda tələbələrin ödəməli olacaqları sələm faizləri ikiqat arta bilər.

Həftəlik radio və internet müraciətində cənab Obama deyib: “Amerikada ali təhsil imtiyaz olmamalıdır. Hər bir ailə öz övladını universitetə göndərə bilməlidir.”

Prezident bildirib ki, gənclər üçün kollecə getməyi çətinləşdirmək “öz gələcəyimizi dizdən kəsməkdir.” Prezident Obama ali təhsil barədə mesajını bu həftə Şimali Karolina, Ayova, və Kolorado ştatlarına aparacaq.

Bu arada Respublikaçılar prezidentin enerji və iqtisadi siyasətini hədəf alıblar. Müxalifətin həftəlik müraciətində Mizuri senatoru Roy Blant deyib ki, prezident yeni iş yerlərinin açılmasına şərait yaratmalı və Kanadadan ABŞ-a çəkiləcək neft boru kəməri layihəsinin qarşısını almamalıdır.

Blant əlavə edib ki, həmin boru kəməri ABŞ-da minlərlə yeni iş yerləri yaradacaq və xarici neftdən asılılığı azaldacaq.

XS
SM
MD
LG