Accessibility links

ABŞ prezidenti Barak Obama deyir ki, son dörd ildə maşın satışları ən yüksək həddə yüksəlib.

Həftəlik müraciətində cənab Obama son göstəriciləri onun “Detroytu müflis olmaqdan qoruması” ilə izah edib.

O, deyib ki, administrasiyası amerikalı fəhlələrin bacarığına hesab aparmış və bu qənaətdə yanılmamışdır.

Prezident Obama qeyd edib ki, o, avto-sənayeni xilas etməyə qərar verəndə, bir milyon adam işini itirmək riski ilə üzləşirdi.

İndi isə, ABŞ lideriin sözlərinə görə, Detroytda istehsal olunan maşınlar yüksək yanacaq standartlarına cavab verir və “həm cibiniz, həm iqtisadiyyat həm də ətraf-mühit üçün yaxşıdır.”

Respublikaçıların həftəlik müraciətində Konqresə namizəd Markveyn Mallin prezidentliyə namizəd Mitt Romninin kiçik biznesi dəstəklədiyini vurğulayıb. Onun sözlərinə görə cənab Romni kiçik biznesə dəstəyi öz iş planının təməl prioritetinə çevirib.

Çilingər biznesinə sahib olan Mallin prezident Obamanın yürütdüyü siyasətin kiçik biznesləri nizamlamalarla yüklədiyini vurğulayıb.
XS
SM
MD
LG