Accessibility links

Barak Obama Amerikanın Liviya əməliyyatlarındakı iştirakını müdafiə edib

  • Amerikanın səsi

.

.

ABŞ prezidenti Barak Obama Amerikanın Liviya əməliyyatlarındakı iştirakını müdafiə edib. Prezident Obama deyib ki, beynəlxalq əməliyyat minlərlə liviyalının həyatını xilas edib. ABŞ dövlət başçısı bildirib ki, o, ABŞ qüvvələrinin 60 gündən artıq döyüşlərdə iştirakına Konqresin təsdiqini tələb edən müharibə qətnaməsinin şərtlərini pozmayıb . Prezident deyib ki, Müəmmər Qəzzafi xalqını kütləvi qırğına məruz qoya bilərdi. O, Liviya prezidentinə qarşı təzyiqlərin artırıldığını bildirib. ABŞ prezidenti Konqres və Amerika xalqına Liviya siyasətini açıqlayarkən, missiyaların vaxt və miqyas baxımından məhdud olduğunu və Amerika əsgərləri arasında tələfat olmadığını bildirib.

Barak Obama ölkə daxilində olan bəzi qeyri-qanuni mühacirlərin qanuniləşdirilməsinin də vacibliyini vurğulayıb. Əhatəli mühacirət islahatlarına çağıran prezident valideynləri tərəfindən Amerikaya gətirilən gənc nəsli nəzərdə tutduğunu deyib. ABŞ dövlət bçısı işsizlik və sərhədlərin mühafizəsinə də diqqət yetirilməli olduğunu bildirib.

XS
SM
MD
LG