Accessibility links

Barak Obama bazar ertəsi Avropa turnesinə başlayır


Barak Obama bazar ertəsi Avropa turnesinə başlayır
Barak Obama bazar ertəsi Avropa turnesinə başlayır

ABŞ prezidenti Barak Obama bazar ertəsi 6 günlük Avropa turnesinə başlayır. 4 ölkəni əhatə edəcək səfər çərçivəsində prezident qlobal iqtisadiyyat, regional təhlükəsizlik və Avropa ölkələri ilə əlaqələri müzakirə edəcək. Səfərinə İrlandiyadan başlayan dövlət başçısı ulu babalarının yaşadığı kiçik bir kəndi ziyarət edəcək. Qeyd edək ki, 37 milyon amerikalının əsli irlandiyadandır. Barak Obama kraliça Yelizaveta və baş nazir Deyvid Kameronla görüşəcəyi Britaniyada iki gün qaldıqdan sonra Fransaya səfər edəcək. ABŞ prezidenti orada Böyük Səkkizlərin illik yığıncağına qatılacaq, Səfərinin son dayanacağı Polşada ABŞ dövlət başçısı F-16 döyüş təyyarələrinin Polaşada yerləşdirilməsinə dair saziş imzalayacaq.

XS
SM
MD
LG