Accessibility links

Barak Obama: Bin Ladenə qarşı əməliyyat zamanı həyatımın ən həyəcanlı 40 dəqiqəsini yaşadım


Barak Obama: Bin Ladenə qarşı əməliyyat zamanı həyatımın ən həyəcanlı 40 dəqiqəsini yaşadım

Barak Obama: Bin Ladenə qarşı əməliyyat zamanı həyatımın ən həyəcanlı 40 dəqiqəsini yaşadım

Birləşmiş Ştatlar prezidenti Barak Obama yaranmış fürsətin riskləri üstələdiyi qərarına gəldikdən sonra Əl-Qaidə lideri Üsama bin Ladenə qarşı reyd keçirilməsinə göstəriş verdiyini bildirib. Bazar günü CBS kanalının “60 dəqiqə” verilişinə verdiyi müsahibəsində cənab Obama Abbottabadda bin Ladenin evinə reydin müvəffəqiyyətlə başa çatmasının onun üçün mühüm olduğunu deyib. Cənab Obama deyib ki, bir neçə il bundan əvvəl onun qızlarından biri miningit xəstəliyinə tutulduğu vaxt istisna edilməklə, bin Ladenə qarşı keçirilən əməliyyat zamanı o, həyatının ən həyəcanlı 40 dəqiqəsini yaşayıb. Cənab Obama eləcə də deyib ki, terrorçuların liderinə qarşı atılan belə bir addımın düzgün olmadığını düşünənlər, onun sözləri ilə, “başlarını yoxlatdırmalıdırlar”.

XS
SM
MD
LG