Accessibility links

Barak Obama biznes innovasiyasını alqışlayır


Prezident Barak Obama Viskonsində Orion Energy Systems şirkətinə səfərində yeni iş yerlərinin açılmasından danışır.
Prezident Barak Obama Viskonsində Orion Energy Systems şirkətinə səfərində yeni iş yerlərinin açılmasından danışır.

ABŞ prezidenti Barak Obama deyir ki, biznes innovasiyası iqtisadi dirçəlişin və yeni iş yerləri yaratmağın təməl prinsipidir. Viskonsin ştatındakı enerji şirkətinə baş çəkmiş cənab Obama həfətlik müraciətini “yeni sənayelərdə amerikalılar üçün işlər və imkanlara yaradan innovatorlara həsr edib.” Prezident deyib ki, yaxın gələcəkdə o, Amerikaya gələcəyi udmaqda yardım edəcək şirkətləri ölkə ictimaiyyətinə təqdim edəcək. Cənab Obama bildirib ki, hökumət xərclərində israfçılığa son qoyulması və islahatlar təhsil və araşdırmaya qoyulan investisiyaları maliyyələşdirmək üçün mühümdür. Prezident bu məqsədlə bizneslərin vergilərini daha da endirdiyini bildirib. Respublikaçıların həftəlik müraciətində isə senator Ron Conson kiçik hökumət və xərclərin kəsilməsini iqtisadi tənəzzülün çarəsi kimi dəyərləndirib.

XS
SM
MD
LG