Accessibility links

Prezident Barak Obama ABŞ-da gələn ay və ya ildə polis və ictimayyət arasında gərginliyin qalacağını ehtimal etdiyini deyib.

“Mən bu masa arxasında kiminsə bu problemin bir gecəyə həll oluna biləcəyini deməsini eşitmədim. Çünki biz bu həftə gördük ki, bu problemin kökü sadəcə bir neçə on illiklərə getmir, bir neçə əsirlərə gedir. Bu ölkədə mədəniyyət və irqçilik problemləri, yoxsulluq və digər bir çox problemlər olmaqdadır”

Mən bu masa arxasında kiminsə bu problemin bir gecəyə həll oluna biləcəyini deməsini eşitmədim.

Obama dünən Ağ Evdə polis şerifi, bir neçə qubernator, merlər və "Qaradərililərin Həyatı Mühümdür" hərəkatının üzvləri ilə dörd saatlıq müzakirələr aparıb. Obama siyasi liderləri polis zorakılığına qarşı mübarizə aparmağa və kriminal ədliyyə islahatlarının həyata keçirilməsinə çağırıb.

Dünənki iclas ötən həftə Texas ştatının Dallas şəhərində beş ağdərili polis zabitinin qaradərili ordu veteranı tərəfindən snayperlə öldürülməsindən sonraya keçirilib.

Ötən həftə Dallasda snayper beş polis zabitini qətlə yetirib.

Ötən həftə Dallasda snayper beş polis zabitini qətlə yetirib.

Ordu veteran bu cinayəti daha əvvəl Minnesota və Luiziana ştatlarında iki gənc qaradərili ağdərili polis tərəfindən öldürülməsinə cavab olaraq törədib.

Prezident bildirib ki, polis departamenti ədalətsiz olaraq təzyiqə məruz qalır və qaradərililərin ölümündə təqsirləndirilir. Qaradərili icma isə səlahiyyətli rəsmilərin ədalətli qərar çıxarmalarının uzun zaman aldığını düşünür.

XS
SM
MD
LG