Accessibility links

Barak Obama “Böyük üclük” adlanan avtomobil şirkətləri-Ford,GM və Chrysler-in bərpasını alqışlayıb


Barak Obama “Böyük üclük” adlanan avtomobil şirkətləri-Ford,GM və Chrysler-in bərpasını alqışlayıb
Barak Obama “Böyük üclük” adlanan avtomobil şirkətləri-Ford,GM və Chrysler-in bərpasını alqışlayıb

ABŞ prezidenti Barak Obama “Böyük üclük” adlanan avtomobil şirkətləri-Ford,GM və Chrysler-in bərpasını alqışlayıb. Ohayo ştatının Toledo şəhərində yerləşən Chrysler zavodunda həftəlik müraciəti zamanı prezident deyib ki, administrasiyasının kreditləri şirkətlərin yeni iş yerləri açmasına yardım edib. Barak Obama Chrysle-in kreditlərini vaxtından 6 il əvvəl ödədiyini bildirib. ABŞ dövlət başçısı hökumətinin Chrysler-lə bu həftə razılıq əldə etdiyini deyib. Razılığa əsasən şirkət özəl sahibkarlığa geri verilir. Ford da iqtisadi tənəzzüldən xilas olub. Bu şirkət də hökumətin kreditləri sayəsində dirçələ bilib.

Respublikaçıların isə radio müraciəti zamanı senator Lamar Aleksandr Obama administrasiyasının işləri ölkədə saxlamaq siyasətini tənqid edib.

XS
SM
MD
LG