Accessibility links

Barak Obama bu gün Avropa turnesinə başlayıb


Barak Obama bu gün Avropa turnesinə başlayıb
Barak Obama bu gün Avropa turnesinə başlayıb

ABŞ prezidenti Barak Obama bu gün 6 günlük Avropa turnesinə başlayıb. 4 ölkəni əhatə edən səfər çərçivəsində prezident qlobal iqtisadiyyat, regional təhlükəsizlik və Avropa ölkələri ilə əlaqələri müzakirə edir.

Bu gün prezident Dublində İrlandiya prezidenti Mari Makalis və baş nazir Enda Kenni ilə görüşüb. Görüşdən sonra Barak Obvma deyib ki, Şimali İrlandiyada sülh əldə edilməsi uzun müddət münaqişələr yaşayan insanların münasibətlərini yenidən qura bilmələrinə işarədir. ABŞ prezidenti İrlandiya ilə Amerika əlaqərlərinin yalnız strateji maraqlara əsaslanmadığını, bu ölkələr arasında qan bağlılığı olduğunu bildirib. Qeyd edək ki, 37 milyon amerikalının əsli irlandiyadandır. Prezident deyib ki, milyonlarla amerikalı gözəl ənənələrə malik olan bu ölkəni vətən adlandırır. Qan qohumluğu Barak Obamanın özünü də bu ölkəyə bağlayır. Belə ki, onun ana tərəfindən ulu babası irlandiyalı olub. ABŞ dövlət başçısı ulu babalarının yaşadığı kiçikMonigall kəndini ziyarət edib.

Barak Obama kraliça Yelizaveta və baş nazir Deyvid Kameronla görüşəcəyi Britaniyada iki gün qaldıqdan sonra Fransaya səfər edəcək. ABŞ prezidenti orada Böyük Səkkizlərin illik yığıncağına qatılacaq.

Ağ Evin bildirdiyinə görə, cənab Obama Rusiya prezidenti Dmitri Medvedev, Fransanın dövlət başçısı Nikola Sarkozi və Yaponiyanın baş naziri Naoto Kanla təkbətək görüşlər keçirəcək. Obamanın Medvedevlə görüşü tərəflərin münasibətlərinə yeni başlanğıc verdiyi vaxta təsadüf edir. Rusiyanın ABŞ-ın Avropa və Türkiyədə raketlərdən müdafiə sistemi yerləşdirməsi planı narahat edir.

Səfərinin son dayanacağı Polşada ABŞ dövlət başçısı F-16 döyüş təyyarələrinin Polaşada yerləşdirilməsinə dair saziş imzalayacaq.

XS
SM
MD
LG