Accessibility links

Barak Obama bu gün ASEAN liderləri ilə görüşür


Barak Obama bu gün ASEAN liderləri ilə görüşür

Barak Obama bu gün ASEAN liderləri ilə görüşür

ABŞ prezidenti Barak Obama bu gün Cənubi Asiya liderləri ilə görüşə ev sahibliyi edir. BMT-nin Baş Assambleyasının illik sessiyası çərçivəsində keçirilən bu görüş prezidentin noyabr ayında İndoneziyaya səfər edəcəyini elan etməsindən bir gün sonra keçirilir

ABŞ prezidenti Barak Obama bu gün Cənubi Asiya liderləri ilə görüşə ev sahibliyi edir. BMT-nin Baş Assambleyasının illik sessiyası çərçivəsində keçirilən bu görüş prezidentin noyabr ayında İndoneziyaya səfər edəcəyini elan etməsindən bir gün sonra keçirilir. ABŞ dövlət başçısı səfəri zamanı Cənubi Koreyada Böyük İyirmiliyin sammitinə qatılacaq. Qeyd edk ki, indiyədək Barak Obamanın İndoneziyaya iki səfəri təxirə salınıb. Dünyanın ən böyük müsəlman ölkəsi İndoneziyaya ABŞ dövlət başçısı mart, daha sonra isə iyun ayında getməyi planlaşdırırdı. Səfərlər səhiyyə islahatları planı və Meksika körfəzində neft axını səbəbləri ilə baş tutmamışdı.

XS
SM
MD
LG