Accessibility links

Barak Obama bu gün defisitin ixtisarına dair planını açıqlayıb

  • Amerikanın səsi

Barak Obama bu gün defisitin ixtisarına dair planını açıqlayıb

Barak Obama bu gün defisitin ixtisarına dair planını açıqlayıb

ABŞ prezidenti Barak Obama bu gün defisitin ixtisarına dair planını açıqlayıb. Corc Vaşinqton universitetində çıxış edən Barak Obama gələn 12 il ərzində ölkənin böyük həcmli defisitinin 4 trillion azaldılacağıba vəd verib. Ağ Ev 14 trillion dollarlıq defisitin iqtisadi dirçəliş və artıma əsas maneə kimi qiymətləndirir.

Cənab Obama yaşlılar, yoxsullar və təqaüddə olan amerikalıların imtiyaz proqramlarının ixtisarı və reformasiyası barədə də danışıb. ABŞ dövlət başçısı 250 mindən artıq gəliri olanların vergi ixtisarları məsələsinə də toxunub.

Nümayəndələr Palatasının respublikaçı spikeri Con Beyner respublikaçılar və demokratların fikir ayrılıqlarını aradan qaldırmağa çalışdığını desə də, vergilərin artırılması planının müzakirə mövzusu olmadığını deyib.

XS
SM
MD
LG