Accessibility links

Barak Obama bu gün Puerto-Rikoya səfər edib


Barak Obama bu gün Puerto-Rikoya səfər edib
Barak Obama bu gün Puerto-Rikoya səfər edib

ABŞ prezidenti Barak Obama bu gün Puerto-Rikoya səfər edib. San Xuanda çıxış edən prezident qarşılanarkən göstərilən səmimiyyətə görə təşəkkürünü bildirib. Barak Obama qubernator Luiz Fortuno ilə görüşüb. ABŞ prezidenti Puerto-Rikoya ayrılan 7 milyard dollarlıq stimullaşdırma yardmından danışıb. O, həm də Puerto-Rikonun siyasi statusunu müzakirə edib. Prezident ilin sonunda keçiriləcək referendum fikrini dəstəklədiyni bildirib. Referendum Puerto-Rikonun yarı-muxtar satusunu müstəqil ştat statusu ilə əvəz edə bilər. ABŞ dövlət başçısı bu ərazinin sakinlərinin qərarının administrasiyası tərəfindən dəstəklənəcəyini deyib. Səfərin cəmi 5 saat sürməsinə baxmayaraq, Barak Obama 2008-ci ildə seçkiqabağı kampaniyası zamanı verdiyi vədə əməl etmiş oldu. O, adaya prezident kimi qayıdacağına söz vermişdi. Bu, son 50 ildə Amerikanın dövlət başçısının Puerto-Rikoya ilk səfəridir.

XS
SM
MD
LG