Accessibility links

Barak Obama bu gün İraqda hərbi əməliyyatların sona çatması barədə nitq söyləyəcək


7 illik missiya 4 400 ABŞ əsgərinin həyatına son qoyub

ABŞ prezidenti Barak Obama Amerikanın 7 illik hərbi müdaxiləsindən sonra bu gün Birləşmiş Ştatların İraqda hərbi əməliyyatlarının sona çatmasına dair nitq söyləyəcək. 4 400 ABŞ əsgərinin həyatına son qoyan missiya zamanı İraqa göndərilmiş əsgərlərlə görüşmək üçün prezident bu gün Texas ştatındakı Fort Bliss hərbi bazasına gedəcək. Daha sonra Vaşinqtona qayıdacaq cənab Obamanın Ağ Evdən televiziya ilə canlı yayımlanacaq nitq söyləməsi gözlənilir. Nitq döyüş əməliyyatlarının sona çatması və İraqda qalan ABŞ əsgərlərinin təlimçi və məsləhətçi rolu barədə olacaq. İraq baş naziri Nuri Əl Maliki deyib ki, ölkənin təhlükəsizlik qüvvələrinin İraq və onun vətəndaşlarının təhlükəsizliyini öz üzərinə götürməyə tam əmindir.

XS
SM
MD
LG