Accessibility links

Barak Obama bu gün rəsmi olaraq seçki kampaniyasına başlayır

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama bu gün rəsmi olaraq seçki kampaniyasına başlayır. Prezident Obama xanımı Mişel ilə bərabər Ohayo və Virciniya ştatlarında keçirilən “Getməyə hazırıq” çüarı ilə keçirilən nümayişdə iştirak edəcək.

Cənab Obama işsizlik və ləng iqtisadi inkişaf kimi problemlərin davam etdiyi bir zamanda ikinci dövr prezidentlik uğrunda mübarizə aparacaq. Prezidentliyə başlayan zaman mövcud olan və həlli uğrunda mübarizə apardığı iqtisadi problemlər onun birinci dövr prezidentlik rekordunun bir hissəsidir. Prezident özünün həftəlik müraciətində bildirib ki, “Böyük depressiya” dövründən başlayaraq davam edən ən ciddi iqtisadi böhrandan sonra iqtisadi inkişafın bərpası davam edən bir işdir. 2008-ci ildə keçirilən kampaniyadakı kimi cənab Obama səsvermə prosesində elektron sosial media əməliyyatını tətbiq edəcəyi gözlənilir.

XS
SM
MD
LG