Accessibility links

Barak Obama bu gün rəsmən seçkiqabağı kampaniyaya başlayır


Barak Obama bu gün rəsmən seçkiqabağı kampaniyaya başlayır
Barak Obama bu gün rəsmən seçkiqabağı kampaniyaya başlayır

ABŞ prezidenti Barak Obama bu gün rəsmən seçkiqabağı kampaniyaya başlayır. Obamanın bəyanatında deyilir ki, onun Federal Seçki Komissiyasına təqdim etdiyi sənədlər vəsait toplanması kampaniyasına start verəcək. Barak Obamanın kampaniya veb səhifəsində onun tərəfdarlarının nəyə görə daha 4 il üçün onun prezidentliyini dəstəklədiklərinə dair video yayımlanır. Barak Obamanın ilk vəsait toplama kampaniyası aprelin 14-də Çikaqo şəhərində olacaq. Daha sonra ABŞ dövlət başçısı vəsait toplama kampaniyalarını Nyu-York və Los Angeles şəhərlərində keçirəcək. Vəsait toplama Amerikanın seçki prosesin əsas hissəsidir.Prezidentin 750 milyonla 1 milyard arasında pul toplayacağı gözlənilir. Barak Obama prezident seçkilərinə ikinci dəfə qatılır.

XS
SM
MD
LG