Accessibility links

Barak Obama bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb

  • Amerikanın səsi

Barak Obama bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb

Barak Obama bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb

ABŞ prezidenti Barak Obama bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Görüşdən sonra müxbirlərlə danışan Netanyahu İsrailin kompromislərə getyməyə hazır olduğunu, lakin sərhədləri ilə bağlı mövqeyini dəyişməyəcəyini deyib. Liderlərin görüşü cənab Obamanın İsrailin gələcək sərhədlərinə dair bəyanatından bir gün sonra keçirilib. ABŞ dövlət başçısı deyib ki, İsrailin sərhədlərininn 1967-ci il 6 günlük müharibədən əvvəlki xətlərlə müəyyən edilməlidir. Barak Obama bildirib ki, sərhədlər Fələstin tərəfinin razılığı ilə iki dövlət çərçivəsində təsis edilməlidir. ABŞ prezidentinin çıxışı Netanyahunun kəskin tənqidi ilə qarşılanıb. İsrailin baş naziri deyib ki,1967-ci ilki İsrail sərhədləri müdafiə olunmaz sərhədlər demək olacaq və İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələri İsraildən kənarda qalacaq.

XS
SM
MD
LG