Accessibility links

Barak Obama bu gün ərəb dünyasında baş verənlərə dair nitq söyləyəcək


Barak Obama bu gün ərəb dünyasında baş verənlərə dair nitq söyləyəcək

Barak Obama bu gün ərəb dünyasında baş verənlərə dair nitq söyləyəcək

ABŞ prezidenti Barak Obama bu gün Yaxın Şərq və Şimali Afrikada cərəyan edən siyasi dəyişikliklərə dair nitq söyləyəcək.

Dövlət Departamentində söyləniləcək nitq regionun dinc demokratik hərəkatlarından bəhs edəcək.

Cənab Obamanın xalq üsyanları nəticəsində avtoritar liderlərin devrildiyi Misir və Tunisdə siyasi və iqtisadi modernizasiyanı dəstəkləmək üçün maliyyə təşəbbüsləri irəli sürəcəyi gözlənilir. ABŞ prezidenti ilkin investisiya olaraq bir milyard dollarlıq yardım və əlavə bir milyard dollar həcmində kredit planı ilə çıxış edəcək.

Sözçü Jay Carney deyir ki, prezident Yaxın Şərq və Şimali Afrikadakı situasiyaya Amerika və amerikalılar üçün "həqiqi fürsət anı" kimi baxır. O, həmçinin deyib ki, bu ayın əvvəlində Üsama bin Ladenin öldürülməsindən sonra Əl-Qaidaya qarşı mübarizə davam edir.

Prezident Obamanın nitqi “Ərəb Baharı” üsyanlarının Misir və Tunisdə müvəffəq olmasından sonra Liviya, Suriya və başqa yerlərdə vüsət alan zorakılıqlar vaxtına təsadüf edir.

2009-cu ildə Qahirədəki nitqi ilə cənab Obama İslam dünyası ilə təmas qurmağı prezidentliyinin başlıca platformasına çevirmişdi.

XS
SM
MD
LG