Accessibility links

Barak Obama daxili neft istehsalının artırılması üçün yeni plan təklif edir

  • Amerikanın səsi

Barak Obama daxili neft istehsalının artırılması üçün yeni plan təklif edir

Barak Obama daxili neft istehsalının artırılması üçün yeni plan təklif edir

ABŞ prezidenti Barak Obama daxili neft istehsalının artırılması üçün yeni plan təklif edir. Prezident bu yolla Amerikanın xarici asılılığını azaltmaq istəyir. Həftəlik radio müraciəti zamanı cənab Obama deyib ki, onun administrasiyası Alyaska və Meksika körfəzində neft istismarını artırmağı planlaşdırır.ABŞ dövlər başçısı Alyaskada razılıq planının yüngülləşdirilməsi yollarının araşdırıldığını və bunun neft qiymətlərinə bilavəsitə təsir göstərəcəyini deyib. Barak Obama təmiz enerji mənbərlərinə müraciət edilməli olduğunu bir daha təkrar edib. O deyib ki, yanacaq qiymətləri 2003-cü ildən bəri ən yüksək səviyyəsinə çatıb. Dövlət başçısı uzunmüddətli təmiz enerji texnologiyasının araşdırılmasının vacibliyini vurğulayıb. Prezident bunun yeni iş yerlərinin açılmasına yardım edəcəyini bildirib. Barak Obama Amerikanın çətin büdcə ili yaşamasına baxmayaraq, təmiz enerji sahəsinə investisiya qoyuluşunun ixtisar edilməyəcəyini deyib.

ABŞ prezidenti qaz və neft şirkətlərinin 4 milyard dollarlıq vergi imtiyazlarının dayandırılması çağırışlarını bir daha təkrar edib.

XS
SM
MD
LG