Accessibility links

Barak Obama Demokratlara dəstək toplamaq üçün Filadelfiyada yürüş keçirir


Barak Obama Demokratlara dəstək toplamaq üçün Filadelfiyada yürüş keçirir
Barak Obama Demokratlara dəstək toplamaq üçün Filadelfiyada yürüş keçirir

Gənc seçiləri cəlb etməyə çalışdığına görə onu yerli The Roots hip-hop qrupu müşayiət edir

ABŞ prezidenti Barak Obama qarşıdan gələn Konqres seçkilərində Demokratlara dəstək toplamaq üçün Filadelfiya şəhərində yürüş keçirir. Cənab Obama gənc seçiləri cəlb etməyə çalışdığına görə onu yerli The Roots hip-hop qrupu müşayiət edir. Vitse prezident Co Baydenin də nümayişə qatılacağı gözlənilir. İki gün sonra prezident Obama paytaxt Vaşinqton yaxınlığında universitetlərin birində “Səs Verin” adlı tədbir keçirməyi planlaşdırır. 2008-ci il seçkilərindən bəri cənab Obama və Demorkat qanunvericilərin reytinqinin azaldığı müşahidə olunur. ABŞ prezidenti tərəfdarlarını bu seçkilərdə səs verməyə ruhlandırır. Adətən prezident seçkisi ilə müqayisədə Konqres seçkilərində iştirak edən seçicilərin sayı daha az olur.

XS
SM
MD
LG