Accessibility links

ABŞ prezidenti Mahmud Abbası Ağ Evdə qəbul edib

ABŞ prezidenti Barak Obama fələstinli həmkarı Mahmud Abbası İsraillə sülh əldə olunması üçün risk edərək çətin qərarlar qəbul etməyə çağırıb. İki lider dalana dirənmiş Yaxın Şərq sülh prosesini müzakirə etmək üçün bu gün Ağ Evdə görüşüb.

Cənab Obama həmçinin İsrail baş naziri Benyamin Netanyahuya fələstinli məhbuslarla bağlı planı tezliklə həyata keçirməyə çağırıb. İsrailin sonuncu qrup fələstinli məhbusu mart ayının sonunadək sərbəst buraxması gözlənilir.

Xatırladaq ki, problemlərlə üzləşən İsrail-Fələstin sülh danışıqlarına dair çərçivə razılığının aprelin 29-dək əldə edilməsi nəzərdə tutulub.

İordan çayının Qərb sahilinin əsas şəhərlərində minlərlə fələstinli küçələrə axışaraq cənab Abbasın səfərinə dəstəklərini ifadə edib. Nümayişçilər bayraqlar dalğalandıraraq, "Prezident, biz səninləyik!" şüarları səsləndiriblər.
XS
SM
MD
LG