Accessibility links

Prezident Barak Obama Asiya-Sakit Okean dövlətlərinin liderləri ilə danışıqlar aparmaq üçün Filippinin paytaxtı Manilaya səfər edəcək. Obama Amerikanın regiondakı nüfuzunu artırmağa çalışır.

Çərşənbə günü keçirilək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitindən öncə Filippinin prezidenti Benigno Akino qrupun baş sammitinin açılışını edib. Bu sammitdə iqtisadi inkişafa yönəlmiş regional bizneslər toplanır.

Ötən ay Akino ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığına daxil olmağını istədiyini bildirib. Buna səbəb isə ticarət paktına daxil olan ölkələrin artıq Filippinin mövcud müttəfiqlərinin olmasıdır.

APEC-ın başlıca mövzusunun ticarət və Obama administrasiyasının Asiya-Sakit Okean regionunda yenidən balans yaratmaq siyasətinin tərkib hissəsi olan nəhəng Trans-Sakit Okean Tərəfdaşlıq sazişinin olacağı gözlənilir.

Cümə günü Parisdə baş verən terror hücumlarından sonra təhlükəsizlik məsələsi də APEC iclasının diqqət mərkəzində olacaq.

XS
SM
MD
LG