Accessibility links

Barak Obama Əfqanıstana gözlənilməz səfər edib


ABŞ dövlət başçısı Kabilə 6 saatlıq səfərinə prezident sarayında danışıqlarla başlayıb

ABŞ prezidenti Barak Obama Əfqanıstana gözlənilməz səfəri zamanı əfqanıstanlı həmkarı Həmid Karzayı korrupsiyanın qarşısını almağa və hökumətinin qabiliyyətini inkişaf etdirməyə çağırıb. Cənab Obama Kabilə 6 saatlıq səfərinə prezident sarayında danışıqlarla başlayıb. O, cənab Karzay və onun kabinetinin ölkənin təhlükəsizliyinə dair səylərini alqışlayıb, ancaq həmçinin deyib ki, rəsmilər korrupsiyanın qarşısını almalı və qanunun aliliyinin genişləndirməlidirlər. Cənab Karzay ABŞ-a dəstəyə görə təşəkkürünü bildirib və ölkənin irəliyə addım ataraq sonda ölkənin təhlükəsizliyinin məsuliyyətini öz üzərinə götürəcəyinə söz verib. Ağ Ev prezident Karzayın mayın 12-də Vaşinqtona gələcəyini açıqlayıb.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG