Accessibility links

Barak Obama Fransa prezidenti ilə görüşəcək


Fransa prezidenti Fransua Olland sabah ABŞ prezidenti Barak Obama ilə görüşəcək. Görüş bir neçə dövlətin Suriyada vətənda müharibəsinə son qoyulması və İŞİD yaraqlılarına qarşı addımların müzakirələri çərçivəsində baş tutacaq.

Ağ Ev bildirib ki, iki lider İŞİD-in hədəflərinə qarşı İraq və Suriyada bir ildən artıq hava hücumları həyata keçirən ABŞ-ın başçılıq etdiyi koalisiyanın bir hissəsi kimi əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək.

Fransa hərbi təyyarələri bu səylərin bir hissəi olub və rəsmilər Reuters xəbər agentliyinə bildirib ki, genişləndiriləcək addımlara Suriyaya quru qoşunların göndərilməsi daxil deyil. Ollandın sözlərinə görə, Fransa ordusu Suriyadakı hücumlarını intensivləşdirəcək.

Barak Obama ilə görüş üçün Fransanı tərk etməmişdən əvvəl Olland Britaniya baş naziri Deyvid Kameronla görüşə ev sahibliyi edib. Kameron da ölkə parlamentindən xahiş edib ki, Britaniyanın Suriyadakı hücumlarında rolunun artırılmasına icazə versin. Kameron Avropa dövlətlərini kəşfiyyat məlumatlarının paylaşılmasında fəal olmağa çağırıb.

XS
SM
MD
LG