Accessibility links

Barak Obama Fransada sammitə yollanıb


Barak Obama Fransada sammitə yollanıb
Barak Obama Fransada sammitə yollanıb

ABŞ prezidenti Barak Obama və başqa dünya liderləri Böyük Səkkizlərin sammitində iştirak etmək üçün Fransanın Deauville şəhərinə toplaşırlar.Sammitin diqqət mərkəzində Yaponiyanın nüvə böhranı və ərəb dünyasında baş qaldıran xalq üsyanları olacaq. Eləcə də qlobal iqtisadi durum müzakirə obyekti olacaq.

Cənab Obama bu gün səhər Britaniyanı tərk edib. Fransada Səkkizlər sammitində onun Yaxın Şərq və Şimali Afrikada siyasi və iqtisadi islahatlara çağıracağı gözlənilir.Ötən həftə Vaşinqtonda ərəb dünyasında baş verənlərə dair nitqin ardınca bu, Barak Obamanın qatıldığı ilk dünyamiqyaslı görüşdür.

XS
SM
MD
LG