Accessibility links

Barak Obama ifşa edilmiş bağlamanı mümkün terror cəhdi adlandırıb


Barak Obama ifşa edilmiş bağlamanı mümkün terror cəhdi adlandırıb
Barak Obama ifşa edilmiş bağlamanı mümkün terror cəhdi adlandırıb

Əl-Qaidənin Yəməndəki şəbəkəsi uzun müddət idi ki, ABŞ-a hücum etmək istədiyini bildirirdi

ABŞ, Yəmən və Britaniya Çikaqo şəhərindəki yəhudilərin ibadət yerinə Yəməndən partlayıcı maddə ilə dolu iki bağlama göndərməyə cəhd edən şübhəli terrorçuları axtarırlar. ABŞ prezidenti Barak Obama dünən ifşa edilmiş bağlamanı mümkün terror cəhdi adlandırıb. Prezident bağlamanın Yəməndə hazırlandığını deyib, lakin hadisədə əl-Qaidənin Yəməndəki bölməsinin əli olduğunu deməkdən yayınıb. Əl-Qaidənin Yəməndəki şəbəkəsi uzun müddət idi ki, ABŞ-a hücum etmək istədiyini bildirirdi. İlkin təhqiqatdan bəlli olub ki, iki bağlamadan birində aşkar edilmiş partlayıcı maddədən ötən il ABŞ təyyarəsini partlatmaq üçün hazırlanmış və uğursuzluqla nəticələnmiş əl-Qaidə ilə əlaqəli planda istifadə edilmişdir. Yəmən prezidenti Əli Abdulla Saleh bağlamanın təhqiqatı ilə bağlı əməkdaşlıq edəcəyini vəd edib. Bağlama dünən Britaniya və Dubay təyyarələrində aşkar edilmişdir. Şərqi ABŞ-ın hava limanında intensiv təhlükəsizlik və yük təyyarələrinin yoxlanılması güclıəndirilmişdir. Bağlama Səudiyyə Ərəbistanın kəşfiyyatının plan haqda ABŞ-a məlumat ötürdüyündən sonra aşkar edilib.

XS
SM
MD
LG