Accessibility links

Barak Obama Konqresi işsizliklə mübarizədə əməkdaşlığa səsləyib

  • Amerikanın səsi

Barak Obama Konqresi işsizliklə mübarizədə əməkdaşlığa səsləyib

Barak Obama Konqresi işsizliklə mübarizədə əməkdaşlığa səsləyib

ABŞ prezidenti Barak Obama gələn çərşəndə axşamı günü keçiriləcək seçkilərin nəticələrindən asılı olmayaraq, Konqresi işsizliklə mübarizədə əməkdaşlığa səsləyib

ABŞ prezidenti Barak Obama gələn çərşəndə axşamı günü keçiriləcək seçkilərin nəticələrindən asılı olmayaraq, Konqresi işsizliklə mübarizədə əməkdaşlığa səsləyib. Həftəlik radio müraciəti zamanı prezident deyib ki, Konqres üzvləri orta sinif amerikalıların vergi ixtisarları və ləvazımat alan bizneslərin vergilərinin təxirə salınmasını mümkün edə bilər. Barak Obama Konqreslə tərəfdaşlığın gənc nəslin təlimlərdən keçməsi və ölkənin infrastrukturunun yaxşılaşdırılmasına yardım edəcəyini bildirib. ABŞ dövlət başçısı deyib ki, ölkənin mənafeyinə xidmət etmək Konqresin borçudur. Nümayəndələr Palatasının respublikaçı lideri Con Boehner deyib ki, indi kompromis vaxtı deyil. Senatın respubliakçı lideri Mitç Makkonel 2012-ci il prezident seçkilərində Barak Obamanın məğlub edilməsinin qarşıya məqsəd qoyulduğunu bildirib.

XS
SM
MD
LG