Accessibility links

Barak Obama Kubaya səyahət məhdudiyyətlərini yüngülləşdirib


Barak Obama Kubaya səyahət məhdudiyyətlərini yüngülləşdirib
Barak Obama Kubaya səyahət məhdudiyyətlərini yüngülləşdirib

ABŞ prezidenti Barak Obama Kubaya səyahət məhdudiyyətlərini yüngülləşdirib. Beləliklə dini qruplar və tələbələrin bu kommunist ölkəsinə səfər etmələri mümkün olacaq. Ağ Evin bildirdiyinə görə, bu ölçü təhsil, mədəniyyət və dini mübadilə yolu ilə insanlar arasında təmas yaraılması məqsədi daşıyır. Ağ Evin bəyanatında deyilir ki, məhdudiyyətlərin azaldılması Kubada vətəndaş cəmiyyətlərinə dəstək verəcək, azad məlumat mübadiləsinə yol açacaq, kubalıların hökumətdən müstəqilliyinə yardım edəcək. Dəyişikliklər hər üç ayda bir dəfə amerikalıların Kubadakı qohumlarına 500 dollar məbləğində pul göndərmək imkanı da verir.

XS
SM
MD
LG