Accessibility links

Barak Obama Latın Amerikasına səfərə başlayıb(Yenilənib)


Barak Obama Latın Amerikasına səfərə başlayıb(Yenilənib)
Barak Obama Latın Amerikasına səfərə başlayıb(Yenilənib)

ABŞ prezidenti Barak Obama 3 ölkəni əhatə edən Latın Amerikasına səfərə başlayıb. Səfər çərçivəsində iqtisadiyyat, təhlükəsizlik və enerji məsələləri müzakirə ediləcək. Prezident və birinci xanım Mişel Obama artıq Braziliyadadır. Orada ABŞ dövlət başçısı Braziliya prezidenti Dilma Russeflə görüşüb, iqtisadi əməkdaşlıq barədə müzakirələr aparıb. Rio de Janeyroda danışan cənab Obama deyib ki, diktatorlara malik ərəb ölkələri və dünyanın digər bölgələrində demokratiya istəyi küçələrdən başlayıb, şəhərlər, ölkələr və dünyaya yayılır. Prezidentin beş günlük səfərinə Çili və El-Salvador da daxildir. Bu, Barak Obamanın Mərkəzi və Cənubi Amerikaya ilk səfəridir. ABŞ dövlət başçısı səfərinin Amerikalar arasında müttəfiqlik yaradılması mahiyyəti daşıdığını deyib.

XS
SM
MD
LG