Accessibility links

Barak Obama Latın Amerikasına səfərə başlayır


Barak Obama Latın Amerikasına səfərə başlayır
Barak Obama Latın Amerikasına səfərə başlayır

ABŞ prezidenti Barak Obama bu gün 3 ölkəni əhatə edən Latın Amerikasına səfərə başlayır. Səfər çərçivəsində iqtisadiyyat, təhlükəsizlik və enerji məsələləri müzakirə ediləcək. Prezident və birinci xanım Mişel Obama sabah Braziliyaya çatacaq. Orada ABŞ prezidenti Braziliya prezidenti Dilma Russeflə görüşməlidir. Beş günlük səfərə Çili və El-Salvador da daxildir. Bu, Barak Obamanın Mərkəzi və Cənubi Amerikaya ilk səfəridir. ABŞ dövlət başçısı səfərinin Amerikalar arasında müttəfiqlik yaradılması mahiyyəti daşıdığını deyib.

XS
SM
MD
LG