Accessibility links

Barak Obama: “Liviyanın gələcəyi indi Liviya xalqının əlindədir."

  • Amerikanın səsi

Barak Obama: “Liviyanın gələcəyi indi Liviya xalqının əlindədir."

Barak Obama: “Liviyanın gələcəyi indi Liviya xalqının əlindədir."

ABŞ prezidenti Barak Obama Liviya lideri Müəmmər Qəzafini “birdəfəlik” hakimiyyətdən çəkilməyə çağırıb. Prezident Qəzzafiyə qarşı mübarizənin həlledici nöqtəyə çatdığını qeyd edib.

Ağ Evin açıqladığı bəyanatda deyilir ki, Qəzzafi anlamalıdır ki, o, artıq ölkəyə nəzarət etmir. Cənab Obama ABŞ-ın Milli Keçid Şurasını Liviyanın rəsmi hökuməti qismində tanıdığını bildirib. O, müvəqqəti hökuməti bütün liviyalıların hüquqlarına hörmət etməyə səsləyib. ABŞ prezidenti döyüş mövsümünün sülh və demokratiya mövsümü ilə əvəzlənməsinin vacibliyini vurğulayıb.

“Liviyanın gələcəyi indi Liviya xalqının əlindədir. Biz müttəfiqlərimiz və beynəlxalq tərəfdaşlarımızla birgə işləyərək Liviya xalqının demokratiyaya dinc keçidini dəstəkləyəcəyik,” deyə prezident Obama bildirib.

XS
SM
MD
LG